Ru
09:40 / 25 Dekabr 2024

Azərbaycanda bahalaşmanın ən çox olduğu RAYONLAR

Azərbaycanda bahalaşmanın ən çox olduğu RAYONLAR
1564

Azərbaycanda bu ilin noyabr ayında məhsul və xidmətlərin ən çox yüksəldiyi iqtisadi rayonlar məlum olub.

Bakupost.az Trend-ə istinadən xəbər verir ki,bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.


Belə ki, cari ilin noyabrında qida məhsulları, içkilər və tütün məmulatları üzrə ən çox bahalaşma Gəncə-Daşkəsən iqtisadi rayonunda (əvvəlki ilin eyni dövrünə nisbətən 1,9% çox), qeyri-qida məhsulları üzrə isə Bakı şəhərində (əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,6% çox) qeydə alınıb.

Sözügedən dövr ərzində qida məhsulları, içkilər və tütün məmulatları üzrə ən az bahalaşma Naxçıvan Muxtar Respublikasında (əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,5% çox), qeyri-qida məhsulları üzrə isə Abşeron – Xızı iqtisadi rayonunda (ötən ilin eyni dövrünə nisbətən 0,7% az) olub.

Qeyd edək ki, 2024-cü ilin yanvar-noyabr aylarında istehlak qiymətləri indeksi ötən ilin müvafiq dövrü ilə müqayisədə 102,0 faiz, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 101,0 faiz, qeyri-qida malları üzrə 101,5 faiz, əhaliyə göstərilən ödənişli xidmətlər üzrə 103,8 faiz təşkil edib.

Azərbaycanın iqtisadi rayonları üzrə 2024-cü ilin noyabr ayında istehlak qiymətləri indeksləri (əvvəlki aya nisbətən, faizlə) təqdim edirik:


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar