Ru
19:09 / 03 Dekabr 2024

Azərbaycanda üzücü olay: futbolçunun ayağı sındı

Azərbaycanda üzücü olay: futbolçunun ayağı sındı
Eye

Azərbaycan Kubokunun 1/8 final mərhələsində "Turan Tovuz" və "Sabah" komandaları arasında keçirilən oyunda xoşagəlməz hadisə baş verib.

Bakupost.az xəbər verir ki, matçın 21-ci dəqiqəsində meydan sahibi komandanın futbolçusu Denis Marandiçi ciddi zədə alıb. Moldovalı müdafiəçi rəqibin hücumunun qarşısını almağa çalışarkən ayağı sınıb. O, təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb. Marandiçinin yerinə meydana İsmayıl Zülfüqarlı daxil olub.

Qeyd edək ki, hazırda davam edən görüşdə hesab 1:1-dir.

Azərbaycanda üzücü olay: futbolçunun ayağı sındı
Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar