Ru
14:21 / 18 Noyabr 2024

Azərbaycanda bir ilk: Ucqar kənddə Günəşdən enerji alan bağban - VİDEO

Azərbaycanda bir ilk: Ucqar kənddə Günəşdən enerji alan bağban - VİDEO
Eye

Qusarın Aşağı Ləgər kənd sakini Bəhruz Şıxbalayev şəxsi təsərrüfatı günəş enerjisi ilə idarə edir.

Bakupost.az "Azadlıq" radiosuna istinadən xəbər verir ki, o, kənddən xeyli aralıda yerləşən şəxsi təsərrüfatda çalışır. Ərazidə elektrik enerjisi yoxdur. Bu səbəbdən də Bəhruz Şıxbalayev orada günəş panelləri quraşdırıb. O, elektriklə çalışan alətləri, eləcə də motosikleti və bağ qayçısını günəş enerji ilə işlədir.

"Enerjisi tamdır, balaca motosikletimizlə 50 km yol gedə bilərik. Əllə işləyən qayçı çox yorucu idi, amma günəş enerjisi ilə işləyən qayçı işimizi həm asanlaşdırır, həm də sürətləndirir. Əgər əvvəlki qayçı ilə gündə 30-40 ağac budayırdıqsa, indiki qayçıyla 100 ağacı rahatlıqla budamaq olur," – deyə o bildirib.

Azərbaycanda günəş enerjisindən istifadə geniş yayılmasa da, mütəxəssislər bunu bərpa olunan enerjinin ən perspektivli növlərindən biri kimi qiymətləndirirlər.

Bəhruzun fikrincə, günəş enerjisi uzunmüddətli qənaət üçün əlverişlidir:

"Bir dəfə pul xərcləyib alırsan, illərlə istifadə edirsən. Hər ay elektrik haqqı ödəmək məcburiyyəti yoxdur. Bağdakı bütün elektriklə işləyən avadanlıqları bu sistem tamamilə təmin edir. Artıq 5 ildir ki, bundan istifadə edirik".

Lalə, BakuPost



Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar