Ru
23:26 / 11 Mart 2025

Azərbaycanda bu məhsullar bahalaşdı

Azərbaycanda bu məhsullar bahalaşdı
Eye

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda tikinti materiallarının qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə 3.5%-5.7% çox olub.

Bakupost.az xəbər verir ki, bu barədə Report-a açıqlamasında "Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti" İctimai Birliyinin sədri Vüqar Oruc məlumat verib.

"Hər il olduğu kimi, bu il də yazın gəlməsi ilə tikinti sektorunda aktivlik artmaqdadır. Bu isə tikinti materiallarına tələbatın yüksəlməsinə və qiymət artımına gətirib çıxarır. Bu il mart ayında qeyri-iş günlərinin sayı çox olduğu üçün aktivlik ötən ilin eyni dövrü ilə müqayisədə bir qədər zəif ola bilər. Lakin buna baxmayaraq, tikinti mövsümünün başlanması, manatın alıcılıq qabiliyyətindəki dəyişikliklər, ölkə iqtisadiyyatının böyüməsi, işğaldan azad olunan ərazilərdə aparılan bərpa-quruculuq işləri bazarda canlanmanı dəstəkləyir", - deyə o qeyd edib.

Bundan başqa, onun sözlərinə görə, inşaat materiallarının qiymət artımına təsir edən əsas amillər arasında idxal bazarlarında baş verən dəyişikliklər, monetar siyasət və tikinti sektorundakı tələb-təklif balansı xüsusi yer tutur:

"Azərbaycanın əsas inşaat materiallarını idxal etdiyi ölkə hazırda Rusiyadır. Əgər Rusiya-Azərbaycan iqtisadi münasibətlərində hər hansı bir problem yaranmasa və ticarət əlaqələri stabil qalsa, bazarda ciddi dalğalanmalar gözlənilmir. Lakin regionda hər hansı bir fors-major vəziyyət, devalvasiya və monetar siyasətdə dəyişiklik qiymət artımına səbəb ola bilər".

V.Oruc bildirib ki, bu tendensiyanın mart-aprel aylarında da davam edəcəyi ehtimal olunur: "Ümumilikdə proqnozlaşdırılır ki, tikinti mövsümünün sonunda inşaat materiallarının qiymətində 10-12% artım baş verəcək. Bənzər şəkildə, daşınma xərclərində də 15-20% civarında artım gözlənilir. Nəqliyyat xərclərinin artması xüsusilə idxal olunan tikinti materiallarının qiymətinə birbaşa təsir edəcək".

Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar