Ru
13:13 / 12 Mart 2025

Azərbaycanda bu şəxslərə də pensiya veriləcək

Azərbaycanda bu şəxslərə də pensiya veriləcək
Eye

Əlillik terror hadisəsi ilə əlaqədar səbəblərdən baş verdikdə əlilliyə görə müavinət təyin ediləcək.

Bakupost.az -ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin imzaladığı Fərmanla “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanına edilən dəyişiklikdə əksini tapıb.


Bundan əvvəl əlillik “ümumi xəstəlik”, “hərbi xidmət dövründə xəstələnmə”, “əmək zədəsi və peşə xəstəliyi”, “hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar”, “Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar” səbəbindən baş verdikdə əlilliyə görə müavinət təyin olunub. Müavinətin məbləği aşağıdakı kimidir:

- orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə — 270 (iki yüz yetmiş) manat;

- orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə — 220 (iki yüz iyirmi) manat;

- orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə — 150 (yüz əlli) manat;

Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar