Hansı bank etibarlıdır? - SORĞU
Ru
15:53 / 26 İyul 2024

Azərbaycanda bu universitetlərdə təhsil haqqı artırıldı – Açıqlama

6541
Azərbaycanda universitetlərdə təhsil haqqının artırılması ilə bağlı xəbərlər yayılıb.

Məsələ ilə bağlı Bakupost.az bəzi universitetlərlə əlaqə saxlayıb.


Bakı Dövlər Universitetinin mətbuat katibi Kəmalə Namazova Bakupost.az –a bildirib ki, tələbə qəbulunun 70 faizdən çoxu dövlət sifarişlidir:

“Ödənişli əsaslarla oxuyan tələbələrin təhsil haqlarında əsasən dəyişiklik yoxdur”.


Azərbaycan Dillər Universitetinin mətbuat katibi Cavid Zeynallı qeyd edib ki, bir sıra ixtisaslarda qismən təhsilhaqqı dəyişikliyi nəzərdə tutulub:

“Buna misal olaraq, ingilis dili müəllimliyi, ingilis, alman və fransız dilləri üzrə Dil və ədəbiyyat müəllimliyi, eləcə də tərcümə, beynəlxalq munasibətlər ixtisaslarını göstərmək olar”.


Azərbaycan Texniki Universitetinin (AzTU) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri – mətbuat katibi Sevinc İsgəndərova da qiymətlərdə heç bir dəyişiklik olmadığını bildirdi.


Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetindən isə əlavə olundu ki, bu il təhsilhaqlarında hansısa dəyişiklik nəzərdə tutulmayıb. İllik təhsilhaqqı 2000-2500 manat arasında dəyişir.


Azərbaycan Dövlət Pedaqoji Universitetin də də artım var:

“Bütün ixtisaslar üzrə 2000 manat olan illik təhsilhaqları 2300 manata qaldırılıb”.


Aygün
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar