Ru
22:26 / 08 Oktyabr 2024

Azərbaycanda dovşan ətinə tələbat artdı: Neçəyə satılır? - VİDEO

Azərbaycanda dovşan ətinə tələbat artdı: Neçəyə satılır? - VİDEO
4372

Satıcılar bildirirlər ki, son dövrlərdə satışa çıxarılan yerli dovşanların sayında azalma müşahidə edilir. Bu səbəbdən də artıq İtaliya, Fransa və Amerikadan da gətirilmiş xüsusi cins dovşanlar sənaye üsulu ilə artırılıraraq satışa çıxarılır.

Cins dovşanların çəkisi 1,8-2 kiloqram olur. Bu heyvanlar yalnız diri şəkildə satılır.

Endokrionoloq Fərhad Burzu deyir ki, dovşan əti funksional qida rasionuna daxildir. Zərif və xoş dada malik olan bu ətin tərkibində müxtəlif vitaminlər və vacib elementlər var.

Dietoloq Leyla Zülfüqarova isə qeyd edib ki, dovşan əti maddələr mübadiləsini balanslaşdırmaq qabiliyyətinə malikdir.

Dovşan əti uşaqlar üçün də yaxşı qida vasitəsi hesab edilir.

Bakupost.az Xezerxeber.az-ın mövzu ilə bağlı daha ətraflı videomaterialını təqdim edir.



Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar