Azərbaycanda 4 uşaq anası diri-diri torpağa basdırılıb.
Bakupost.az xəbər verir ki, bu barədə teleaparıcı Lalə Azərtaş bildirib. O, sosial şəbəkədə Səyyarə adlı qadının faciəsini bölüşüb.
Qadının sözlərinə görə, əri çox içdiyindən tez-tez evdə münaqişə yaradıb, onu döyərək, diri-diri torpağa basdırıb:
“Uşaqların gözü önündə məni sürüdü, boğdu və quma basdırıb üstümü örtərək, ölməyimi gözlədi. Yaxşı ki, qonşu gəlin arxdan su götürəndə, səsimi eşitdi və məni xilas etməyə gəldilər. Sonradan uşağımın biri çayda boğulub öldü”.
Aygün M, BakuPost