Ru
16:24 / 29 Aprel 2025

Azərbaycanda fasiləsiz qaz təchizatı 5 dəfə artırılacaq

Azərbaycanda fasiləsiz qaz təchizatı 5 dəfə artırılacaq
Eye

Azərbaycanda qaz təchizatının fasiləsizliyinin 5 qat artırılması hədəflənib.

Bakupost.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin baş direktorunun müavini Nail Abdullayev “Kommunal İnfrastrukturunun inkişafına dair sual və təkliflərin müzakirəsi” mövzusunda keçirilən “Milli Biznesin İnkişafı Forumu”nda deyib.

Onun fikrincə, əsas hədəf texniki itkiləri 50 %-dən çox azaltmaq, plastik boru yeraltı qaz xətlərinin tətbiqi ilə şəbəkənin 10 000 + kilometrlik hissəsini modernizasiya etməkdir.

N.Abdullayev əlavə edib ki, müştəri məmnuniyyəti indeksini 1-ci pilləyə yüksəltmək, qaz şəbəkəsini rəqəmsallaşdıdmaqla SOCAR qrupunda aparıcı innovativ şirkət olmaq, bir kilometr üzrə kapital xərclərini 15 %-ə qədər azaltmaq da hədəflər sırasındadır.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar