Ehtiyatda olan polis general-mayoru, Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin keçmiş rəisi Ərzuman Əliyev 69 yaşında vəfat edib.
Bakupost.az xəbər verir ki, 1956-cı il təvəllüdlü general bu gün ürəktutmasından dünyasını deyişib.
Qeyd olunur ki, bir müddət əvvəl açıq ürək əməliyyatl keçirən Ə.Əliyev evində yıxılıb və başı döşəməyə dəyib. O, aldığı xəsarətdən dünyasını dəyişib.
Hadisə baş verən zaman general-mayor evdə tək olub.
Mərhum sabah - fevralın 23-də "Qurd qapısı" qəbiristanlığında dəfn olunacaq.
Qeyd edək ki, Göyçay rayonunda anadan olan Ərziman Mikayıl oğlu Əliyev Göyçay Rayon Polis İdarəsinin rəisi, 2004–2007-ci illərdə isə Quba Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb. 2007-2016-cı illərdə Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin rəisi işləyib.