Ru
10:29 / 10 Fevral 2025

Azərbaycanda iş adamlarının əmlakları hərraca çıxarıldı

Azərbaycanda iş adamlarının əmlakları hərraca çıxarıldı
Eye

Fevralın 28-də, saat 11:00-da İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri vergi ödəyicilərinin siyahıya alınmış daşınar və daşınmaz əmlaklarının satışı üzrə hərrac keçirəcək.

Bakupost.az quruma istinadən xəbər verir ki, hərrac Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında) olacaq.

Hərraca 9 nəqliyyat vasitəsi, 4 avadanlıq, 2 torpaq sahəsi, 1 qeyri-yaşayış binası və 1 qeyri-yaşayış sahəsi olmaqla 17 əmlak çıxarılacaq. Əmlaklara 6 min manatdan 1 milyon manata qədər qiymət qoyulub.

Hərraclarda iştirak etmək istəyən şəxslər lazımi sənədləri fevralın 21- nə qədər Əmlak Xidmətləri Məkanına təqdim etməlidirlər.

Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar