Ru
22:45 / 12 Dekabr 2024

Azərbaycanda kərə yağı yenə bahalaşdı

Azərbaycanda kərə yağı yenə bahalaşdı
Eye

Azərbaycanda son bir ayda kərə yağı yenidən bahalaşıb.

Bakupost.az xəbər verir ki, marketlərdə kərə yağının bahalaşması ötən ayla müqayisədə təxminən 10% civarındadır.

Belə ki, oktyabrın sonlarında bir kiloqramı 21,99 manata satılan “Belarus” kərə yağı hazırda 23,95 manata qalxıb. Müqayisə üçün bildirək ki, sentyabrda “Belarus” kərə yağının bir kiloqramı 18,49 manat idi.

Dövlət Statistika Komitəsinin ötən gün yaydığı məlumatda da noyabr ayında bahalaşan ərzaq məhsulları sırasında kərə yağının daha çox bahalaşdığı bildirilib.

Qeyd edək ki, mütəxəssislər bunu dünya bazarında kərə yağının qiymətinin qalxması ilə əlaqələndirirlər. Azərbaycanda kərə yağı əsasən idxal olduğu üçün qiymətlər də dünya bazarındakı vəziyyətdən asılı olur

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar