Ru
11:04 / 02 İyul 2024

Azərbaycanda kişilərin xəyanətinin 5 səbəbi... - Açıqlama

2656
Son vaxtlar Azərbaycanda boşanmaların artması və bunun səbəbləri geniş müzakirə olunur. Əksəriyyət boşanmaların səbəbləri arasında ən çox xəyanəti önə çəkirlər.

Bəs, belə halların artmasının səbəbi nədir?




Bakupost.az -ın sualını psixoloq Zeynəb Əyyubova cavablandırıb.

O, ölkədə kişilərin 80 faizinin xəyanəti dəb halına gətirdiyini bildirib. Onun sözlərinə görə, kişilərin buna nə psixoloji, nə cinsi baxımdan buna ehtiyacı var:


“Ölkədə xanımlar ginekoloqlarla danışanda məlum olur ki, əri ola-ola cinsi ehtiyac səbəbindən xəstəlik yaşayırlar. Həmin ərlər gedib başqasıyla xanımına xəyanət edir. Demək ki, burda paradoks var. Birincisi, kişinin hansısa travması var, ikincisi, kişi nəyinsə acığını çıxır, üçüncüsü, kişi özünü bununla sübut edir, dördüncüsü, özgüvəni artsın deyə, beşincisi, ətrafdakılara "mən də xəyanət etdim" deyə bilmək üçün bunu edir”.


Z.Əyyubova Azərbaycan qadınının daim ailəsinə dəyər verdiyini bildirib:


“Bu gün xanımları gözüyaşlı qoyan kişilər bilməlidir ki, Azərbaycan qadınının dünya qadınlarından fərqi var. O, daim fədakar, ailəcanlı olub, ön plana öz ailəsini çıxarıb, hətta övladlarından da qabaq həyat yoldaşına hörmət edib, onu sevib. Ona görə də xəyanətlərin baş alıb getdiyi bu dövrdə boşanmaların sayının artması labüddür. Gəlin özümüzə sual verək əziz və dəyərli kişilər, bir ailəni dağıtmaq bahasına xəyanət etməyə dəyərmi?”

Vasif Əlihüseyn
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər