Ru
15:17 / 13 Mart 2025

Zakir Qaralovun şirkəti müflis olur

Zakir Qaralovun şirkəti müflis olur
Eye

"Akkord”un törəmə şirkəti olan "Akkord Hidrotexnikal Construction Company” MMC müflis olur.


Bakupost.az xəbər verir ki, bu barədə İqtisadiyyat.az şirkətə istinadən məlumat yayıb.

Mehdiyev Tehran Şahverdi oğlu tərəfindən "Akkord Hidrotexnikal Construction Company” MMC-nin müflis elan olunması, aktivlərinin müyyən edilməsi üçün əmlak inzibatçısının təyin edilməsi barədə Bakı Kommersiya Məhkəməsində iddia qaldırılıb.

Məlumat üçün bildirək ki, şirkətin həm də dövlət qarşısında külli miqdarda vergi borcu vardır. Belə ki, MMC-nin vergi borcunun məbləği 1 201 477,75 manat təşkil edir.

Xatırladaq ki, "Akkord Hydrotechnical Construction Company” 2015-ci ildə yaradılıb, nizamnamə kapitalı 1274541.46 manat, qanuni təmsilçisi isə Şahir Şirinovdur. Şirkətin əsas fəaliyyət dairəsinə su və kanalizasiya sistemlərinin çəkilməsi, içməli və çirkab su təmizləyici qurğuların, inzibati binaların, su anbarlarının və yardımçı binaların tikilməsi daxildir.

Qeyd edək ki, "Akkord” şirkətlər qrupunun sabiq baş prokuror Zakir Qaralova məxsus olduğu bildirilir.

Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar