Ru
11:28 / 24 Sentyabr 2024

Azərbaycanda nazir metro ilə işə gedə bilərmi? – Zavallı Bakı… - VİDEO

2864
Dərs ilinin başlamasından sonra ictimai nəqliyyatda xaos yaşanır. Demək olar ki, metrodakı sıxlıqla bağlı hər gün videolar yayılır.

Avtobusla getmək istəyənlər isə bəzən dayanacaqda dayanıb 1 saata yaxın gözləməli olur. Avtobus gələndə isə eynən metrodakı vəziyyətlə qarşılaşırlar.

Bəs aidiyyəti qurumlar, “taksi kasıb üçün deyil” deyən məmurlar bu qədər tarıma çəkilən əsəblərin fərqində deyillərmi? Özləri çıxıb xalqa söz verə bilərlərmi ki, biz hər gün sizinlə bərabər metro və avtobusla gedib-gələcəyik işə? Bu sözü verib, əməl edə bilərlərmi?

Təbii ki, inanmaq çətindir... Çünki real mənzərə birbaşa bu işlərə məsul şəxslərin başqalarına rəva gördüklərini öz ailələrinə, özlərinə rəva görmədiklərini göstərir.


Bəs bu gündəlik zülmdən qurtuluş yolu varmı? Nə edə bilərik ki, metro-avtobus vəhşətindən canımız qurtarsın?


Məsələ ilə bağlı nəqliyyat eksperti, hüquqşünas Ərşad Hüseynov BTV-yə danışıb:




BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar