Ru
00:18 / 04 İyun 2024

Azərbaycanda neçə məktəbdə alman və ya fransız dili tədris olunur?

Azərbaycanda neçə məktəbdə alman və ya fransız dili tədris olunur?
3245

Ölkə üzrə alman və ya fransız dillərinin tədris olunduğu müəssisələrin, həmçinin həmin müəssisələrdə bu xarici dilləri tədris edən müəllimlərin sayı açıqlanıb.


Bakupost.az Modern.az -a istinadla xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən qurumun rəsmi qəzetinə məlumat verilib.

Qeyd olunub ki, ölkə üzrə bu məktəblərin sayı 483-dür, alman və fransız dili tədris edən müəllimlər isə 821 nəfər təşkil edir.

"Bakıda alman və fransız dili 76 məktəbdə tədris olunur. Alman dilinin tədris olunduğu məktəblərin sayı 46, fransız dilinin tədris edildiyi məktəblərin sayı isə 36-dır. Həmçinin Bakı məktəblərində 91 alman, 87 fransız dili müəllimi fəaliyyət göstərir" - deyə bildirilib.

Məlumatda, həmçinin qeyd olunub ki, sözügedən xarici dillərin tədris olunduğu məktəblərin 407-si regionlarda yerləşir və ümumilikdə, region məktəblərində alman və fransız dili tədris edən müəllimlərin sayı 643 nəfərdir.

"Regionlarda alman dili 173, fransız dili isə 237 məktəbdə tədris olunur. Region məktəblərində çalışan alman dili müəllimlərinin sayı 256, fransız dili tədris edənlərin sayı isə 387 nəfərdir" - deyə cavabda qeyd olunub.

Əlavə edilib ki, hələ XX əsrdə formalaşmış ənənəyə əsasən, Azərbaycan məktəblərində xarici dil kimi 6 dildən (ingilis, alman, fransız, rus, ərəb, fars) biri tədris edilir. Bu seçimdə həm dünyadakı mövcud dil prioritetləri (sadalanmış 6 dildən 4-ü BMT-nin rəsmi dilləri sırasındadır), həm də ölkəmizin coğrafi mövqeyi nəzərə alınıb. Bundan əlavə, V-XI siniflərdə təhsilalanlara həftədə 1 saat olmaqla ikinci xarici dil fənni də tədris edilir ki, bu dil də verilmiş siyahıdan seçilir.

Xatırladaq ki, müəllimlərin builki sertifikatlaşdırılmasında xarici dilləri tədris edən müəllimlər də iştirak edəcəklər.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar