Ru
15:35 / 14 Fevral 2025

Azərbaycanda ödəniş əməliyyatlarının həcmi açıqlandı

Azərbaycanda ödəniş əməliyyatlarının həcmi açıqlandı
Eye

Ötən il Azərbaycanda elektron pul və ödəniş təşkilatları vasitəsilə həyata keçirilən ödəniş əməliyyatlarının ümumi həcmi 60,5 milyard manat təşkil edib.

Bakupost.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) Ödəniş xidmətləri və ödəniş sistemlərinin fəaliyyətinin tənzimlənməsi şöbəsinin rəhbəri Xəyaləddin Tağıyev Azərbaycan Maliyyə Forumunda məlumat verib.

Onun sözlərinə görə, bu məbləğin 18,554 milyard manatı ödəniş əməliyyatlarının ekvayrinqi, 15,218 milyard manatı ödəniş əməliyyatlarının aparılması üçün vasitəçilik xidmətləri, 12,236 milyard manatı kredit köçürmələri, birbaşa debetləşmə, ödəniş kartları və digər oxşar ödəniş alətləri ilə həyata keçirilən əməliyyatlar,
9,172 milyard manatı elektron pulun emissiyası və elektron pulla aparılan ödəniş əməliyyatları, 5,2 milyard manatı isə ödəniş hesabları üzrə nağd vəsaitlərin mədaxili və məxarici əməliyyatlarına aid olub.

X. Tağıyev bildirib ki, hazırda Azərbaycanda 15 elektron pul təşkilatı, 8 ödəniş təşkilatı və 1 ödəniş sistemi operatoru lisenziyaya malikdir

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar