Ru
11:12 / 01 Fevral 2025

Azərbaycanda ölən şəxslərin meyiti yandırılacaq? - VİDEO

Azərbaycanda ölən şəxslərin meyiti yandırılacaq? - VİDEO
Eye

Azərbaycanda meyitlərin yandırılması üçün kremasiya mərkəzləri yaradılacaq.


Bakupost.az “Xəzər TV”yə istinadən xəbər verir ki, bunu millət vəkili Ceyhun Məmmədov deyib.

O bildirib ki, Azərbaycan dünyəvi dövlətdir. Bu gün ölkədə müxtəlif din, etiqad nümayəndələri yaşayır. Onların etiqad azadlığı təmin olunur. Elə buna görə də meyitlərin yandırılması üçün xüsusi mərkəzlər yaradılacaq. Bu ona görə ediləcək ki, gələcəkdə hansısa etiqad nümayəndəsinin belə arzusu olduqda, bu, qanuna istinadən tənzimlənsin.

Ceyhun Məmmədov bildirib ki, meyitlərin yandırılması üçün nəzərdə tutulan xüsusi mərkəzlərlə bağlı araşdırma aparılır.

O da bildirilib ki, hazırda cəsədinin yandırılmasını istəyən az sayda insan var, bu kütləvi deyil.

Mövzu ilə bağlı daha ətraflı videoda:


Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar