Ru
19:33 / 07 Oktyabr 2024

Azərbaycanda otellərdə kəskin bahalaşma

686
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycandakı 3 ulduzlu otellərdə onlayn bronlaşdırma sistemi olan "booking.com" üzrə bir gecə qalmaq üçün orta qiymət 83,1 manat təşkil edib.

Bakupost.az Dövlət Turizm Agentliyinin hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 26,1% çoxdur.

Hesabat dövründə ən yüksək qiymət 128,3 manat olmaqla Qubada qeydə alınıb. Bu, 1 il əvvələ nisbətən 17,7% azdır.

İkinci yerdə 115,4 manat olmaqla Qəbələ qərarlaşıb. Bu, illik müqayisədə 70,7% çoxdur.

3 ulduzlu otellər arasında üçüncü yeri isə 115 manat olmaqla Şamaxı tutub. Bu rayonda ötən ilin eyni dövründə 3 ulduzlu otel olmayıb.

Naxçıvanda 3 ulduzlu otellərdə bir gecə qalmaq üçün 97,5 manata (+ 8,3%), Astarada 86,3 manata (ötən ilin eyni dövründə rayonda 3 ulduzlu otel olmayıb), Bakıda 82,8 manata (+26,4%), Lənkəranda 82,2 manat (+ 74,5%), İsmayıllıda 75 manata (- 14,5%), Gəncədə 73,1 manata (+ 40,5%), Lerikdə 70 manata (ötən ilin eyni dövründə rayonda 3 ulduzlu otel olmayıb), Şəkidə 68,8 manata (+ 3,1%), Qusarda 65,8 manata (- 21,6%), Naftalanda 50 manata (qiymət dəyişməyib), Mingəçevirdə 47 manata (- 16%), Qaxda 45 manata (- 14,7%), Oğuzda 40 manata (+ 11,1 %) başa gəlib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar