Ru
11:30 / 26 Fevral 2025

Azərbaycanda qanunsuz ov edən ərəblər cəzalandırıldı

Azərbaycanda qanunsuz ov edən ərəblər cəzalandırıldı
952

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Biləsuvar rayonu ərazisində qanunsuz ov edən xarici ölkə vətəndaşları saxlanılıb.

Bakupost.az xəbər verir ki, araşdırma zamanı onların Birləşmiş Ərəb Əmirlikləri vətəndaşları Matar Mohammed Karam Al Mandoos Alblooshi və Obaid Juma Obaid Zayed Alketbi olduğu müəyyən edilib.


Faktla bağlı inzibati protokol tərtib edilərək qanun pozucularının hər birinə 2000 manat məbləğində cərimə tətbiq olunub.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar