Hansı bank etibarlıdır? - SORĞU
Ru
20:03 / 15 İyul 2024

Azərbaycanda satılan bu yağ xərçəng və sonsuzluq yaradır - Açıqlama

4612
Xəbər verdiyimiz kimi, Danimarka, Litva və İtaliyada palma yağlarının idxalına qadağa qoyulub. Azərbaycana isə bu ilin birinci rübündə xaricdən 13,6 milyon dollar dəyərində 11 min 880 ton palma yağı gətirilib.

Bəs palma yağları insan orqanizmində hansı xəstəliklərə səbəb olur?




Bakupost.az -ın sualını tanınmış ictimai xadim, Tibb Universitetinin (ATU) dosenti Rəşid Mahmudov cavablandırıb.

O, palma yağlarının insan orqanizmində ilk növbədə kökəlməyə səbəb olduğunu bildirib.

Onun sözlərinə görə, palma yağı həmçinin kişi və qadınlarda sonsuzluq problemi yaradır:

“Palma yağını dünyada qəbul etmirlər. Ondan yeməklərdə istifadə olunmamalıdır. Ancaq maşın yağı kimi istifadə olunmalıdır. Amma bizim insanlar bu yağla qidalanır. Ona görə də orqanizmdə maddələr mübadiləsi getmir, sonsuzluq problemi yaranır. Palma yağı gündəlik qəbul etdiyimiz qidaların əksəriyyətinin tərkibində var. Bunun da orqanizm üçün çox ciddi fəsadları olur. Hətta xərçəng hüceyrələrinin insan orqanizmində baş qaldırmasına şərait yaradır”.

Vasif Əlihüseyn
BakuPost
Şərhlər
  • Adam

    Bu yağlar göydən düşüb? Deməli, kimsə gətirib. Niyə icazə verilir? Niyə gömrükdən keçirilir? Deməli, bu bir qrup şəxsin işidir. Niyə tədbir görülmür? Millətin zəhərlənməsinə niyə icazə verilir? Üstəlikdə , sonra o yağ qatılan ərzaqları kərə yağı qiymətinə satırlar. İstəsələr, 2 saatın içində yığışdırarlar hamısını.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar