Son illər Azərbaycanda da "TikTok" istifadəçilərin sayı artıb. Maraqlıdır, həmin şəbəkədən daha çox qadın, yoxsa kişi istifadəçilər istifadə edir?
"Datareportal"ın ölkələr üzrə yazdığı statistikaya görə, Azərbaycanda qadınlar və kişilər arasında nisbət demək olar ki, az fərqlənir.
2024-cü ilin statistik məlumatlarına görə, Azərbaycanda "TikTok" istifadəçilərinin 46.7%-i qadınlar, 53.3%-i isə kişilərdən ibarət olub.
2025-ci ilin yanvar ayında yayımlanan digər bir məlumatda isə, "TikTok" istifadəçilərinin 42.4%-i qadınlar, 57.6%-i isə kişilər olub.
Aygün, Bakupost.az