Sabirabad rayonunda faciəvi hadisə baş verib.
Bakupost.az xəbər verir ki, dünən saat 16 radələrində rayonun Qaragüney kəndinin ərazisində yerləşən “AzOil” yanacaq doldurma məntəqəsinin müdirini elektrik cərəyanı vurub.
Belə ki, Hacıqabul rayon sakini 1991-ci il təvəllüdlü Rusif Barat oğlu Qarayev müdir işlədiyi məntəqədə quyuda olan yağış sularını təmizləmək istəyərkən elektrik cərəyanı vurması nəticəsində ölüb.
Faktla bağlı araşdırmalar aparılır