Ru
15:36 / 19 Aprel 2025

Azərbaycandan Gürcüstana təcili dəstək

Azərbaycandan Gürcüstana təcili dəstək
Eye

Gürcüstanda yenidən bu gün elektrik enerjisi kəsilib.

Bakupost.az xəbər verir ki, ölkənin paytaxtı Tbilisi də daxil olmaqla bir sıra regionları da bu problemlə üzləşib.

Buna səbəb Kavkasioni elektrik ötürücü xəttində baş verən qəza göstərilir.

“AzərEnerji”nin ictimaiyyətlə əlaqələr mərkəzinin rəisi Teymur Abdullayevin “Qafqazinfo”ya verdiyi məlumata görə, böyük problemlə üzləşən Gürcüstan tərəfi Azərbaycana kömək üçün müraciət edib. Dərhal “AzərEnerji” tərəfindən Gürcüstan enerjisistemi ilə paralel iş bərpa olunub. Qəzanın ilk anında Gürcüstana 380-400 MVt enerji ötürülüb.

Qeyd edək ki, qəzanın səbəbi hələlik bəlli deyil.

Xatırladaq ki, bir neçə gün öncə də Gürcüstan qaranlığa qərq olmuşdu. Genişmiqyaslı qəza nəticəsində Tbilisi, Qori, Batumi, Poti, Borjomi, Kutaisi, Zuqdidi və digər şəhərlərin bir hissəsində işıq kəsilmişdi.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar