Ru
22:59 / 11 Fevral 2025

Azərbaycandan İlon Maska satirik eyham - FOTO

Azərbaycandan İlon Maska  satirik eyham - FOTO
1044

Azərbaycanın Qeyri-Hökumət Təşkilatları (QHT) dünyaca məşhur biznesmen İlon Maska maraqlı çağırış edib.

Bakupost.az -ın məlmatına görə, Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin sədri Ramil İskəndərli biznesmənə satirik eyham vuran foto hazırlayıb.

Fotoda “əcəl” qiyafəsində görünən İlon Maskın bu dəfə USAID-in ölkəmizdəki fəaliyyətinə də “əl gəzdirməy”inin vacibliyi yumoristik tərzdə vurğulanıb.

Qeyd edək ki, Maskın ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) haqqında paylaşımının ardınca Birləşmiş Ştatların Prezidenti Donald Tramp qurumun fəaliyyətini bloklayıb.

Belə ki, Tramp administrasiyası açıqlayıb ki, agentlik onilliklər ərzində müxtəliflik, bərabərlik və inklüzivlik (DEI) və LGBTQ proqramları üçün böyük məbləğdə pul israf edib:

“Tullantılar” və “sui-istifadə” siyahısında Kolumbiyada “transgender operası” üçün 47,000 dollar” və Peruda “transgender komiks” üçün 32,000 dollar daxildir.

Qvatemalada cinsiyyətin dəyişdirilməsi və “LGBT fəallığı” üçün 2 milyon dollar ayrılıb”.


Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar