"X" (ex: twitter) platformasının veb səhifəsinə 24 saatdan çoxdur ki, Azərbaycandan daxil olmaq olmur.
Bakupost.az xəbər verir ki, bunu texnobloger Fərid Pərdəşünas bildirib.
"Maraqlısı odur, platformanın mobil tətbiqi aktiv işləyir. Bir digər qəribə məqam da VPN vasitəsilə veb səhifənin aktiv işləməsidir. Məsələ ilə bağlı araşdırma aparıram" - deyə o qeyd edib.