Ru
15:46 / 03 Yanvar 2025

Azərbaycanın düyü idxalına xərci 35%-dən çox artdı

Azərbaycanın düyü idxalına xərci 35%-dən çox artdı
1232

Ötən ilin yanvar-noyabr aylarında Azərbaycan 62,7 milyon ABŞ dolları dəyərində 60,5 min ton düyü idxal edib.

Bakupost.az xəbər verir ki, bu barədə "Operativ Media" Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.


Məlumata əsasən, bu göstərici 2023-cü ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 16,4 milyon ABŞ dolları və ya 35,3%, həcm baxımından isə 9,5 min ton və ya 18,6% çoxdur.


Ötən ilin ilk 11 ayında düyü idxalı ölkənin ümumi idxalında 0,33% paya malik olub.


Qeyd edək ki, ümumilikdə, 2024-cü ilin yanvar-noyabr ayları ərzində Azərbaycan 2,2 milyard ABŞ dolları dəyərində yeyinti məhsulları idxal edib ki, bu da bir il əvvələ nisbətən 214 milyon ABŞ dolları və ya 10,8% çoxdur.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar