Ru
11:47 / 16 May 2024

"Azərbaycanla razılaşma 2 səbəbdən böyük uğurdur" - Paşinyan

"Azərbaycanla razılaşma 2 səbəbdən böyük uğurdur" - Paşinyan
1588

"Dünən Ermənistan və Azərbaycan sərhədinin demarkasiyası üzrə komissiyalar aprelin 19-da qəbul edilmiş protokola uyğun olaraq, Ermənistanın Bağanis - Azərbaycanın Bağanis-Ayrum, Ermənistanın Voskepar - Azərbaycanın Aşağı Əskipara, Ermənistanın Kirants - Azərbaycanın Xeyrimli, Ermənistanın Berkaber - Azərbaycanın Qızıl Hacılı kəndlərində sərhədin müəyyən hissələrini razılaşdırıblar".

Bakupost.az "Novosti Armeniya"ya istinadla xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan bu gün hökumətin iclasında bildirib.

"Onlar bu sərhədyanı ərazilərin təsviri protokollarını imzalayıblar. Mən bunu iki səbəbə görə böyük uğur hesab edirəm. Birincisi, suverenliyimizin və müstəqilliyimizin daha da inkişaf etdirilməsi və möhkəmləndirilməsi üçün çox mühüm təməl daşı qoyulub. İkincisi, respublikamız müstəqillik əldə etdikdən sonra ilk dəfə olaraq rəsmi surətdə müəyyən edilmiş sərhəd almışdır ki, bu da təkcə həmin kəndlərdə deyil, bütün Ermənistan-Azərbaycan sərhədində dövlət təhlükəsizliyi və stabillik səviyyəsini xeyli yüksəldəcəkdir.

Baş nazirin müavini Mqer Qriqoryanın rəhbərlik etdiyi delimitasiya və sərhəd təhlükəsizliyi komissiyasına, Təhlükəsizlik Şurasının bütün üzvlərinə təşəkkür etmək istəyirəm", - Paşinyan deyib.

“Qeyd edilib ki, delimitasiya 1979-cu ildən istifadə edilən 1976-cı il xəritələri əsasında aparılıb. Bizim üçün Ermənistanla Azərbaycan arasında sərhədin demarkasiyası prosesində yeni sərhəd yaradılmaması, daha əvvəl Alma-Ata Bəyannaməsi ilə təsdiq edilmiş sərhədlərin bərpası prosesi prinsipial məsələ idi. Yəni biz deyirik ki, biz sərhəd yaratmamalıyıq, SSRİ-nin dağıldığı dövrdə mövcud olan və hüquqi əhəmiyyət kəsb edən sərhədləri yenidən bərpa etməliyik”.

Zahid
BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar