Ru
13:44 / 27 Mart 2025

Azərbaycanla sərhəddə gələn casuslar belə görüntüləndi - VİDEO

Azərbaycanla sərhəddə gələn casuslar belə görüntüləndi - VİDEO
Eye

Martın 26-da Avropa Müşahidəçi Missiyası adlandırılan qurumun müşahidəçilərinin Ermənistan-Azərbaycan şərti sərhədində casusluq fəaliyyətini əks etdirən yeni videogörüntülər yayılıb.

Bakupost.az Caliber.Az-a istinadən xəbər verir ki, bu dəfə “müşahidəçilər”in Zəngilan və Laçın istiqamətlərində casusluq fəaliyyəti qeydə alınıb.

"Kadrlarda üzərində Avropa İttifaqının bayraqları olan iki avtomobillə hərəkət edən dörd avrocasusun şərti sərhədə gəldiyi və durbinlə Azərbaycan ərazilərinə baxış keçirdiyi aydın görünür", - deyə məlumatda bildirilir.

Qeyd edək ki, Aİ nümayəndələrinin təxribat xarakterli fəaliyyəti Azərbaycan Dövlət Sərhəd Xidmətinin bu istiqamətdə dislokasiya olunmuş bölmələrinin texniki vasitələri ilə qeydə alınıb.

Zaur,BakuPost



Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar