Ru
19:08 / 04 Oktyabr 2024

Azərbaycanlı alim çətin şəraitdə yaşayır - Müalicəyə ehtiyacı var

1042

"Dostum, tanınmış dil­çi, şərq­şü­nas və filoloq, Azərbaycan Mil­­li Elm­­lər Aka­­de­­mi­­ya­­sı Nə­­si­­mi adı­­na Dil­­çi­­lik İns­­ti­­tu­­tu­­nun “Nə­­zə­­ri dil­­çi­­lik” şö­bə­­si­­nin mü­di­­ri, fi­­lo­­lo­­gi­­ya elm­lə­ri dok­­to­­ru, pro­fes­sor Idris Abbasov dəfələrlə desəm də, əziz dostum, izn ver müraciət edək, xahiş edək, hər dəfə də mənə and verir ki, yazma. Daha onun çətin şəraitdə yaşamasına dözə bilmədim. Üzrlü say əzizim..."

Bakupost.az xəbər verir ki, bunu tarixçi alim Zaur Əliyev bildirib.

O qeyd edib ki, uzun illərdir kirayələrdə yaşayan, Azərbaycan elmi üçün əhəmiyyətli tədqiqatlar aparan, əsərləri ilə nəinki ölkəmizdə, xaricdə tanınan dəyərli bir alim hazırda 3 ailə üzvü ilə birgə heç bir şəraiti olmayan, gün işığına həsrət, qaranlıq, darısqal bir yataqxana otağında yaşamağa məcbur olub:

İdris Rzayev

"Övladlarının müalicəsi, öz ağrıları, çətin həyat şəraitinə baxmayaraq, yazıb yaradan İdrisin Qı­zıl təd­qi­qat­lar se­ri­ya­sın­dan “Sil­vestr dö Sa­si­nin Ümu­mi qram­ma­ti­ka­nın prin­sip­lə­ri və Pyer Ame­de Jo­be­rin Türk di­­li­ qram­ma­ti­ka­sı­nın əsas­la­rı: tər­cü­mə, nə­zə­ri və mü­qa­yi­sə­li dil­çi­lik müs­tə­vi­sin­də təd­qi­qat və şərh” ad­lı növbəti irihəcmli mo­noq­ra­fi­ya­sı işıq üzü görüb. Heç bir şəraiti olmayan evlərdə, yaşamaq üçün imkansız olan otaqda dəyərli bir kitablar ar, məqalələr lər yazan İdris Abbasov, professor, elmlər doktoru, neçə-neçə dəyərli gənci elmdə yetişdirən bir insan ağır vəziyyətdə niyə yaşamalıdır axı?

Nə əcəb onun üçün bir sosial ev, sığınacaq tipli yaşamaq üçün otaq vermək o qədər çətindir? Adam havayı ev istəmir, adam demi,r mənə ev verin, deyir, sadəcə, yaşamaq üçün, yaratmaq üçün, yazmaq üçün iki otaqlı sığınacaq verin. Sadəcə birində ailəmi, digərində elmimi yaşadım.

Budur ALİM-ə, ELM-ə qayğı? Onu ittiham edirlər ki, niyə çox tənqid edirsən. Nə etsin? O şəraitdə hələ yaşayıb ayaq üstə dura bilirsə nə etsin??? SUSSUN ÜRƏYİ DAYANSIN? BİR ALİM DAHA ÖLSÜN SƏFALƏT İÇƏRİSİNDƏ? ADAM YAŞAMAQ İSTƏYİR, ADAM YARATMAQ İSTƏYİR sadəcə....

Müasir dövrün Mir­zə Kazımbəyi sayılan Idris Abbasov halal və zəhmətlə yaşamağı seçibsə onun günahı budurmu? Ağır şəritdə yaşamaq? Niyə susur Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası? Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi? Azərbaycan Elm və Təhsil Nazirliyi, AMEA, DÖVLƏT....

Nə istəyir axı İdris? Sadəcə sığınacaq, yaşamaq və müalicə almaq, yazmaq, yaratmaq üçün otaq.........

Niyə dəyərli və iş görmək gücü olan alimləri belə yaşayır ölkəmizin..."

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar