Azərbaycanlı atlet Elmir Əsgərov Hindistanda keçirilən dünya çempionatına qatılıb.
Bakupost.az xəbər verir ki, 100 km məsafəni 8 saat 17 dəqiqəyə tamamlayıb və keçən ilki nəticəsini (8 saat 30 dəqiqə) - şəxsi rekordunu yeniləyib. E. Əsgərov bu yarışa qatılan ilk azərbaycanlı idmançıdır.
E.Əskərov saytımıza bilidirib ki, ötən il 24 saat qaçış üzrə dünya çempionatında da ölkəmizi təmsil edib. Bundan əlavə Macarıstanda, Tailantda, Avstriyada keçirilən treyl yarışlarında da uğurla iştirak edib.
Onu da qeyd edək ki, Elmir Əsgərov 2021-ci ildə Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunan
marafon keçirmişdi. Həmin morofonda hər şəhidimiz üçün 1 km qaçmışdı.
Azər
Baku Post