Hansı bank etibarlıdır? - SORĞU
Ru
13:59 / 14 Oktyabr 2024

Azərbaycanlı ekspertin unikal layihəsi - Qazaxıstanda təqdim edildi - FOTO

2178
Azərbaycanlı maliyyə mütəxəssisləri Qazaxıstanın şəhərində keçirilən beynəlxalq konfransda iştirak ediblər.

Bakupost.az xəbər verir ki, konfransda maliyyə eksperti Sadiq Salahov çıxış edərək “Olive Soft ERP” layihəsini təqdim edib.

Qeyd edək ki, öz unikallığı ilə seçilən layihə hər bir təşkilat üçün lazımi bütün komponentləri, o cümlədən İnsan resursları, maliyyə (mühasibatlıq), anbar, satınalma, satış və s. modulları özündə cəmləşdirir.

Yerli beyin məhsulu olan proqram təminatı təşkilatın bütün fəaliyyətini əks etdirməklə yanaşı, idarəetmə üçün əlverişlidir və multifunksionallığı sayəsində istənilən fəaliyyət sahəsinə uyğunlaşa bilir.

Layihənin məqsədi şirkətin (və ya şirkətlər qrupunun) fəaliyyətini vahid proqramda cəmləşdirmək və proqram alışı üçün xaricə pul axının qarşısını almaqdır.

Qeyd edək ki, layihənin müəllifi Sadiq Salahov UNEC-də bakalvr və magistr, eləcə də Türkiyənin İstanbul Universitetində İqtisadiyyat və idarəetmə üzrə magistr təhsili alıb, İrlandiyanın Avropa Liderlik və İdarəetmə İnstitutunda Strateji və Layihə İdarəetmə kursunu keçib, bu vaxtadək bank, inşaat, satınalma və səhiyyə sektorlarında çalışıb.

Elnur, BakuPost


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar