Ru
12:10 / 03 Mart 2025

Azərbaycanlı həkimlər ürəyi dayanan kişini belə xilas etdilər - VİDEO

Azərbaycanlı həkimlər ürəyi dayanan kişini belə xilas etdilər - VİDEO
Eye

Bərdə rayon Mərkəzi Xəstəxanasının həkim briqadası ağır vəziyyətdə olan xəstənin həyatını xilas edib.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat xidmətindən Bakupost.az -a verilən məlumata görə, xəstəxanaya 1961-ci il təvəllüdlü kişinin infarkt keçirməsi və ürəyinin dayanması ilə bağlı müraciət daxil olub.

Həkimlər Vüsal Rüstəmli və Pərviz Əlizadə dərhal reanimasiya tədbirlərinə başlayıblar, pasiyentə ürək masajı ediblər. 10 dəqiqə davam edən cəhdlərdən sonra pasiyentin ürək ritmi bərpa olunub.

Xəstə reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti stabil ağır qiymətləndirilir.


Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar