Ru
13:51 / 12 Fevral 2025

Azərbaycanlı iş adamı futbolçuların pulunu vermir

Azərbaycanlı iş adamı futbolçuların pulunu vermir
1178

Azərbaycanlı iş adamı Tufan Sadıqova məxsus Rusiyanın "Ximki" klubunda futbolçuların əmək haqlarının verilməsində gecikmələr yaranıb.

Teleqraf "Metaratings"ə istinadən xəbər verir ki, komanda üzvləri 2024-cü ilin noyabr və dekabr aylarının maaşlarını hələ ala bilməyiblər. Bununla əlaqədar oyunçular Türkiyədəki qış təlim-məşq toplanışında yoldaşlıq görüşünü boykot etməyə hazırlaşırlar.

Sadıqov yaxın günlərdə borcu bağlasa, futbolçular etiraz aksiyasını ləğv edə bilərlər. O, 2024-cü ilin dekabrında Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılmışdı. İş adamı dələduzluqda ittiham olunurdu.

Qeyd edək ki, "Ximki" hazırda Rusiya Premyer Liqasında 18 oyundan 16 xalla 13-cü yerdə gedir.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar