Ru
15:24 / 04 Yanvar 2025

Azərbaycanlı kriminal avtoritetin oğlu ermənilərlə şərikli biznes qurub? - FOTO

 Azərbaycanlı kriminal avtoritetin oğlu ermənilərlə şərikli biznes qurub? - FOTO
6879

Azərbaycanda çoxsaylı qətllərə görə barəsində ölüm hökmü verilən, sonradan ömürlük cəzaya məhkum edilən və 25 ildir cəza çəkən kriminal avtoritet Mübariz Niyazovun ("Gəncəli Mübariz") oğlu Ramin Niyazovun ermənilərlə şərikli biznesi olduğu iddia edilir.

Bakupost.az -ın bununla bağlı internet üzərindən apardığı apaşdırma zamanı bəzi maraqlı nüanslar ortaya çıxıb.

Belə ki, Rusiya Federasiyasının dövlət qurumlarının elektron sistemə yerləşdirdikləri ictimaiyyətə açıq məlumat bazasında yer alan məlumata görə, Ramin Niyazov bir neçə il öncə Markosyan Süzanna Albertovna ilə “Astra” MMC şirkətini təsis edib. Onların hər biri şirkətdə 50 faiz paya malikdir.


Şirkətin direktoru isə Markosyan Mila Vanovnadır. O, təsisçilərin razılığı ilə 2 iyun 2023-cü ildən hal-hazıradək "Astra" MMC-yə rəhbərlik edir. Markosyan Mila Vanovna Ermənistan Respublikasının vətəndaşıdır.

Bundan başqa Ramin Niyazovun digər ermənilər - Andreasyan Ripsime Qarnikovna, Markosyan Van Otarovic, Osipova Era Aşotovna ilə birgə əməkdaşlığının olduğu, hazırda bu işbirliyinin davam etdiyi də iddia edilir.

Onu da qeyd edək ki, rəsmi məlumatlara görə "Astra" MMC 30 iyun 2021-ci ildə rəsmi qeydiyyata alınıb. "Astra" MMC-nin hüquqi ünvanı kimi Moskva vilayəti, Balaşixa şəhəri, Sitnikov küçəsi, ev 8, mənzul 256 göstərilir.

Ramin Niyazovun ermənilərlə birlikdə sahibi olduğu “Astra” MMC rəsmi reyestrdə qeyd olunan məlumatlara əsasən, qida məhsullarının pərakəndə satışı ilə məşğuldur. Onun fəaliyyət sahəsində əsas yeri ixtisaslaşmamış mağazalarda tütün məmulatları və içkilərin satışı tutur. Amma şirkətin meyvə və tərəvəz, balıq, ət və ət məhsulları, çörək və un məmulatları, şirniyyatların satışı ilə də məşğul olduğu da qeyd olunur.
Fotoda: "Vor Mübariz" və oğlu Ramin Niyazov

Qeyd edək ki, Ramin Niyazovun atası Mübariz Niyazov kriminal aləmin nümayəndəsi kimi tanınır. Onun özü isə uzun illərdir ki, Rusiyanın paytaxtı Moskvada yaşayır.
Fotoda: Vəkil Adəm Məmmədov

Məsələ ilə bağlı R.Niyazovla əlaqə yaratmaq mümkün olmayıb. Onun Bakıdakı vəkili A.Məmmədov isə bu məsələyə münasibət bildirmək istəmədiyini bildirib.

Elnur, BakuPost



Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar