Ru
10:57 / 21 Noyabr 2024

Azərbaycanlı qız Rusiyada ilin idmançısı seçildi

Azərbaycanlı qız Rusiyada ilin idmançısı seçildi
Eye

Azərbaycanlı gimnast Lalə Kramarenko Rusiyada ilin idmançısı seçilib.

"Rusiyanın qüruru” kateqoriyası üzrə 2024-cü il Milli İdman Mükafatının təqdimetmə mərasimində 19 yaşlı idmançı bu ada layiq görülüb..

Mükafat uğrunda hündürlüyə tullanma üzrə Mariya Koçanova və şort-trekçi Yekaterina Aldoşkina da mübarizə aparıblar.

"Bu, təkcə mənim deyil, böyük komandamın qələbəsidir. Xoreoqraflar, rejissorlar, məşqçilər, həkimlərin və şəxsi məşqçilərimin bu uğurda payı var”, - deyə Lalə bildirib.

2024-cü ildə Rusiya çempionatında Kramarenko beş qızıl medal qazanıb. 19 yaşlı idmançı Kazanda keçirilən BRİKS Oyunlarında fərdi çoxnövçülükdə də birinci olub.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar