Ru
17:44 / 01 Aprel 2025

Azərbaycanlı Rusiyanın ən varlı adamı oldu - 28,7 milyardı var

Azərbaycanlı Rusiyanın ən varlı adamı oldu - 28,7 milyardı var
Eye

"Forbes" jurnalının yeni reytinqinə Rusiyadan 15 yeni milyarder siyahıya daxil olub.

Bakupost.az xəbər verir ki, dünyada yeni milyarderlərin sayına görə lider ABŞ-dır - burada sərvəti ən azı 1 milyard dollar olan 103 yeni milyarder qeydə alınıb.

İkinci yeri Almaniya (37 nəfər), üçüncü və dördüncü yerləri isə müvafiq olaraq Çin və Hindistan tutub.

Reytinqin məlumatına əsasən, Rusiyanın ən varlı adamı "Lukoyl" neft şirkətinin sahibi, Azərbaycan əsilli iş adamı Vahid Ələkbərovdur. Onun sərvəti 28,7 milyard dollar dəyərində qiymətləndirilir.

Siyahıda ikinci yerdə "Severstal"ın nəzarət paketinə sahib olan Aleksey Mordaşov (28,6 milyard dollar), üçüncü yerdə isə "Novatek" şirkətinin İdarə Heyətinin sədri Leonid Mixelson (28,4 milyard dollar) qərarlaşıb.

Martın əvvəlində "Bloomberg" agentliyi rusiyalı milyarderlərin sərvətinin ilin əvvəlindən 7,764 milyard dollar artdığını bildirmişdi. Eyni zamanda, Rusiyanın ən varlı adamı statusunu "Nornikel" şirkətinin əsas sahiblərindən biri olan Vladimir Potanin qoruyub saxlayıb. Onun sərvəti 1,77 milyard dollar artaraq 29,6 milyard dollara çatıb.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar