Hansı bank etibarlıdır? - SORĞU
Ru
14:48 / 01 Noyabr 2024

Azərbaycanlı səyyah Tanzaniyada həbs edildi - Aqibətindən xəbər yoxdur - FOTO

1181
Azərbaycanlı səyyah Yaşar Xudiyev Kilimancaro Milli Parkına qeyri-qanuni səyahət etdiyinə görə Tanzaniyada saxlanılıb.

Bakupost.az -ın məlumatına görə, səyyah bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib. O, paylaşımında parka özbaşına daxil olduğunu etiraf edib:

"Mən bunu özbaşıma etdim, amma enərkən park gözətçiləri tərəfindən tutuldum. Sonra Moşi polis bölməsinə gətirildim, indi Karanqa həbsxanasında 2 həftə yaxındır gözləyirəm. Hindistanlı dostum Suhil ilə birlikdəyik. İndi bizi Karanqa həbsxanasına aparırlar. Saçlarımı qırxacaqlar, amma ümumiyyətlə, hər şey yaxşıdır. Çox sevgilər, sağ olun", - deyə Yaşaq Xudiyev qeyd edib.

Qeyd edək ki, Yaşar Xudiyev saxlanıldığı barədə oktyabrın 8-də paylaşım edib. Artıq üç həftədir ki, ondan xəbər yoxdur.

Şərhlərdə Kilimancaro Milli Parkına girişin pullu və bələdçinin müşayiəti ilə olduğu vurğulanıb. Bəzi istifadəçilər isə Yaşar Xudiyevin bölgədə internet olmaması səbəbindən əlaqəyə çıxa və ya paylaşım edə bilmədiyini vurğulayıblar.


Yusif,
BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar