Ru
22:09 / 25 Oktyabr 2024

Azərbaycanlı Ukraynada 100 milyon dollara şirkət aldı

Azərbaycanlı Ukraynada 100 milyon dollara şirkət aldı
Eye

Ukraynanın ən böyük titan mədənçisi və zənginləşdiricisi olan “Ukrayna Birləşmiş Mədən və Kimya Şirkəti” (UMCC) özəl şirkətə satılıb.

Bakupost.az Lent.az-a istinadən bildirir ki, hərrac nəticəsində azərbaycanlı iş adamı Nəsib Həsənov şirkətin yeni sahibi olub və o, aktivlər üçün təxminən 4 milyard qrivna təklif edib ki, bu da 97 milyon dollara bərabərdir. Bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal məlumat verib.

O təsdiqləyib ki, Həsənova məxsus “Tsemin Ukrayna” şirkəti UMCC-nın özəlləşdirilməsi üzrə hərracın yeganə iştirakçısı olub. Şirkətə müvafiq olaraq Dnepropetrovsk və Jitomir vilayətlərində yerləşən “Volnoqorsk” mədən-metallurgiya zavodu, həmçinin “İrşanski” mədən və emalı zavodu daxildir.

“Hökumət UMCC-dəki dövlət payını satmaq qərarına gəlib. Hərracın qalibi təxminən 4 milyard qrivna təklif edib”, – baş nazir öz Telegram kanalında yazıb.

Sövdələşmənin təsdiq edilmiş şərtlərinə əsasən, yeni sahibi müəssisənin əsas profilini saxlamağı, həmçinin texniki modernləşdirməyə ən azı 400 milyon qrivna sərmayə qoymağı, işçilərə əmək haqqı borclarını ödəməyi və büdcəyə borcları ödəməyi öhdəsinə götürür.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar