Ru
17:55 / 02 İyul 2024

Azercell yeni smartfon kampaniyasını təqdim edir!

1204
Xüsusi təklif çərçivəsində abunəçilərə 12 ay boyunca 1GB internet paketi hədiyyə ediləcək

Texnoloji həlləri və yeni model smartfonları abunəçilər üçün əlçatan edən “Azercell Telekom” "Azercell Smartfon Kampaniyası"nı təqdim edir.

"APA-Economics" xəbər verir ki, xüsusi təkliflə çıxış edən lider mobil operator 4 fərqli OPPO smartfonlarından birini əldə edən müştərilərə 12 ay müddətinə 1GB internet paketi hədiyyə təqdim edəcək. Telefonlar 279 AZN-dən başlayan qiymətlərlə nağd şəklində satışa təqdim olunur. 1GB hədiyyə internet paketi 12 ay boyunca hər 30 gündən bir avtomatik qaydada yenilənəcək.

Kampaniyaya qoşulmaq üçün yeni və mövcud fakturalı və fakturasız (SimSim) xətt abunəçiləri Azercell-in rəsmi satış mərkəzlərinə və ya Kontakt Home mağazalar şəbəkəsinə müraciət edə bilərlər.

Kampaniya 31.07.2024-cü il tarixinədək davam edəcək.

Daha ətraflı məlumatla https://www.azercell.com/az/personal/campaigns/special-offers/oppo-smartfonlari-1gb.html səhifəsində tanış olmaq mümkündür.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər