Ru
10:15 / 16 İyul 2024

Azərinin "Bozqurd" salamına Ərdoğan belə reaksiya verdi - VİDEO

3638
Türkiyədə səhnəyə çıxan azərbaycanlı sənətçi Azərin “Çırpınırdı Qaradəniz” mahnısının sonunda boz qurd salamı verib.


Bakupost.az xəbər verir ki, Türkiyədə 15 iyul FETÖ-nün çevriliş cəhdindən 8 il ötüb. 256 vətəndaşın həyatını itirdiyi dövlət çevrilişinə cəhdin 8-ci ildönümü müxtəlif tədbirlərlə anılıb. Prezident Kompleksində keçirilən tədbirdə çıxış edən azərbaycanlı müğənni Azərin boz qurd işarəsi ilə diqqət çəkib.

Azərin boz qurd işarəsi ilə parçasını bitirdikdən sonra prezident Ərdoğan və həyat yoldaşı Əminə Ərdoğan alqışlarla cavab verib.





Elnur
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar