Ru
16:57 / 28 Aprel 2025

"Azəriqaz" Ümumdünya Əməyin Mühafizəsi Gününü qeyd etdi - Fotolar

"Azəriqaz" Ümumdünya Əməyin Mühafizəsi Gününü qeyd etdi - Fotolar
Eye

Beynəlxalq Əmək Təşkilatının (BƏT) müəyyənləşdirdiyi 28 aprel tarixi Ümumdünya Əməyin Mühafizəsi Günü kimi qeyd olunur.

Bakupost.az xəbər verir ki, bu məqsədlə SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyində tədbir keçirilib.

Tədbirdə Birliyin baş direktorun birinci müavini Nail Abdullayev, SOCAR-ın Sağlamlıq, əməyin təhlükəsizliyi departamentinin böyük mühəndisi Adil Hüseynov, Həmkarlar İttifaqı Komitəsinin sədri Ədalət Qurbanov, şöbə rəisləri və Birliyin digər əməkdaşları iştirak ediblər. Həmkarlar İttifaqı Komitəsinin sədri bildirib ki, İstehsalat Birliyinin əsas məqsədi iş yerlərində işçilərin əməyinin mühafizəsini doğru-düzgün təşkil etmək və baş verə biləcək bədbəxt hadisələrin sayını minimuma endirməkdən ibarətdir.

“Əməyin mühafizəsi hər birimizin yaşam tərzidir və bu, belə də olmalıdır. Çünki hər bir insan üçün onun sağlamlığı ən vacib məsələdir. Bu baxımdan Birlik olaraq işçilərin sağlamlığını qorumaq əsas prioritetimizdir. İnsan faktoruna ən ali səviyyədə verilən dəyər bizim üçün də dəyişməz nümunədir”. Bu fikirləri tədbirdə çıxış edən Baş direktorun birinci müavini (Əməliyyat üzrə) Nail Abdullayev səsləndirib.

Birliyin SƏTƏMM şöbəsinin rəisi İlkin Behbudov isə süni intellekt və yeni texnologiyanın əməyin mühafizəsi sahəsinə müsbət təsirlərindən danışıb. O, qeyd edib ki, bu baxımdan cari il "Süni intellektin rəqəmsallaşdırılmasının təhlükəsizlik və sağlamlığa təsiri" sahəsinə həsr olunub.

SOCAR-ın Sağlamlıq, əməyin təhlükəsizliyi departamentinin böyük mühəndisi Adil Hüseynov “Azəriqaz” İstehsalat Birliyinin rəhbərliyinin və əmək kollektivinin əməyin mühafizəsinə göstərdiyi diqqəti yüksək qiymətləndirib. O, İstehsalat Birliyinin SƏTƏMM göstəricilərinin qənaətbəxş olduğunu, son illər monitorinqlər zamanı əməyin mühafizəsi sahəsində inkişafın artan istiqamət üzrə getdiyinin müşahidə edildiyini bildirib. Sonda əməyin mühafizəsi sahəsində yüksək nailiyyətlər qazanaraq fərqlənən Birliyin 8 əməkdaşı Fəxri Fərman və mükafatla təltif edilib.



Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar