Hansı bank etibarlıdır? - SORĞU
Ru
19:08 / 20 Oktyabr 2024

“Azərişıq” ağacəkmə aksiyası keçirdi - FOTO

838

Prezident İlham Əliyevin ölkəmizdə bu il “Yaşıl dünya naminə həmrəylik ili” elan etməsi ilə əlaqədar “Azərişıq” ASC daha bir ağacəkmə aksiyasına start verib.


Bakupost.az xəbər verir ki, əməkdaşlar tərəfindən 20 oktyabr- Energetiklər Günü ilə əlaqədar Şirvan və Xaçmaz RETSİ-nə (Regional Enerji Satışı və Təchizatı İdarəsi) daxil olan rayonlarda minlərlə ağac əkilib.


Ağaclar Azərişıq ASC-nin regional idarələri, yerli şəbəkələr, həmçinin Yarımstansiyalar ətrafında ayrılmış xüsusi ərazilərdə əkilir. Qarşıdakı günlərdə əkiləcək ağacların sayının 100 minə çatdırılması hədəflənib.
Ekologiyanın qorunması, dünyada həyat üçün ən bacib olan təmiz hava, və yaşıl dünya naminə başladılan aksiya bütün ölkə ərazisini əhatə edir.
Qeyd edək ki, görülən işlər eyni zamanda gələn ay ölkəmizdə keçiriləcək COP29, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransına dəstək xarakteri daşıyır.

“Azərişıq” ağacəkmə aksiyası keçirdi - FOTO
“Azərişıq” ağacəkmə aksiyası keçirdi - FOTO
“Azərişıq” ağacəkmə aksiyası keçirdi - FOTO
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar