Hansı bank etibarlıdır? - SORĞU
Ru
20:55 / 05 Noyabr 2024

"Azərpoçt" adından saxta SMS-lər göndərilir

552
“Azərpoçt” MMC-nin adından dələduzluq halları davam edir.

Bakupost.az xəbər verir ki, bu barədə Elektron Təhlükəsizlik Xidməti məlumat yayıb.

Belə ki, müxtəlif nömrələrdən vətəndaşlara mesajlar göndərilərək bağlamalarının müvəqqəti saxlanıldığı və geri qaytarılmaması üçün ünvan məlumatlarını saxta keçidə daxil olaraq yeniləmək bildirilir. Qeyd olunan keçidlərdə vətəndaşların bank kartı və digər fərdi məlumatlarını ələ keçirmək üçün bölmələr yaradılmışdır.

Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara naməlum mənbələrdən daxil olan mesajların tərkibindəki keçidlərə daxil olmamağı, bank kartı və digər fərdi məlumatlarını qarşı tərəfə ötürməməyi, rəsmi məlumatları yalnız müvafiq qurumun özündən dəqiqləşdirməyi tövsiyə edir.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar