Ru
11:13 / 05 Sentyabr 2024

Azərpoçt itirilmiş bağlamaları 2.28 AZN-ə satır? – Rəsmi açıqlama - VİDEO

16134
Son günlər sosial şəbəkələrdə Azərpoçt-un adından müxtəlif xəbərlər yayılır.

Bunlardan biri də itirilmiş bağlamaların 2.28 AZN-ə satılması ilə bağlıdır. Paylaşımda qeyd olunur ki, 6 aydan çoxdur, itirilmiş bağlamaları Azərpoçt simvolik qiymətə satır. Bununla bağlı linkə daxil olmaq təklif edilir.

Paylaşıma bir çox insanlar rəy bildiriblər. Bəziləri bunun “feyk” olduğunu desələr də, bəzilərinin isə diqqətini çəkib.



Bəs bu paylaşımlar doğrudurmu? İtirilmiş bağlamalar 2.28 AZN-ə satılır?


Bakupost.az xəbər verir ki, məsələ ilə bağlı Azərpoçt dəfələrlə paylaşım edib.


Bildirilir ki, yayılan məlumatlar tamamilə yalandır:

“Kiçik məbləğə böyük hədiyyələr vəd verən paylaşımda sifariş üçün vətəndaşlardan linkə keçid etmələri xahiş olunur. Heç bir halda bu kimi paylaşımlara güvənməyin və linklərə daxil olaraq fərdi kart məlumatlarınızı bölüşməyin. “Azərpoçt” heç bir zaman sahibsiz bağlamaları satışa çıxartmır”.


Qurum bununla bağlı vətəndaşları diqqətli olmağa, dələduzlara inanmamağa çağırıb.


"“Azərpoçt”la bağlı şübhəli mesaj və bildirişlər aldıqda, vətəndaşlardan dərhal “Azərpoçt”un 169 Çağı mərkəzi, eləcə də sosial şəbəkə hesabları vasitəsilə dəqiqləşdirmə aparmalarını xahiş edirik”.





Aygün
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar