Ru
18:00 / 28 İyun 2024

“Azərpoçt”un filialı qaranlıqda: İşıqlar niyə yanmır? - Açıqlama

1811
“Azərpoçt”un Bakı şəhəri Cavadxan küçəsi, 17 ünvanında yerləşən filialında iki gündür ki, elektrik enerjisi yoxdur.

Bakupost.az -ın ərazidə olan əməkdaşının verdiyi xəbərə görə, buna səbəb elektrik naqillərinin istiyə davam gətirməyərək, qırılmasıdır. Əməkdaşımıza bildirilib ki, problem ancaq bir neçə günə həll olunacaq.


Poçt şöbəsi açıq olsa da, elektrik olmadığından vətəndaşlara xidmət göstərə bilmir. Bu isə sakinlərin haqlı narazılığına səbəb olub.


Məsələ ilə bağlı “Azərişıq” ASC-dən Bakupost.az -a bildirilib ki, ərazidə kommersiya xətti zədələnib:

"Bununla bağlı ərazidə olan iaşə obyektlərinə iki gün öncə xəbərdarlıq edilib ki, "ASAN Kommunal"a ödəniş etsinlər, o xəttlər bərpa edilsin".

Vasif Əlihüseyn
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər