Ru
14:48 / 25 Aprel 2025

"Azərsun Holdinq” Beynəlxalq Yer Günü ilə bağlı təmizlik aksiyası təşkil edib - Fotolar

"Azərsun Holdinq” Beynəlxalq Yer Günü ilə bağlı təmizlik aksiyası təşkil edib - Fotolar
Eye

“Azərsun Holdinq”in nəzdində fəaliyyət göstərən Lənkəran Konserv Zavodu sosial məsuliyyət prinsiplərinə sadiq qalaraq təmizlik aksiyası keçirib.

22 Aprel – Beynəlxalq Yer Günü münasibətilə ətraf mühitin qorunması naminə Xəzər dənizinin Lənkəran şəhəri sahil zolağı tullantılardan təmizlənib.

Aksiyada təxminən 2,000 kvadrat metr ərazi məişət tullantılarından tamamilə təmizlənərək, sahilin ekoloji tarazlığına mühüm töhfə verilib.

Toplanan tullantılar, ətraf mühitə zərər verməməsi üçün standartlara uyğun şəkildə bərk məişət tullantıları poliqonuna daşınıb və təhlükəsiz utilizasiya olunub.

Bu təşəbbüs, Lənkəran Konserv Zavodunun yalnız yüksək keyfiyyətli məhsullar istehsal etməklə kifayətlənmədiyini, həm də regionun ekoloji sabitliyinə və sosial rifahına töhfə verməyənin sübutudur.

Zavod, bu cür təşəbbüslər vasitəsilə həm ətraf mühitin qorunmasında, həm də gələcək nəsillərə təmiz və sağlam bir dünya qalmasında önəmli rol oynayır.

Bu layihə, “Azərsun Holdinq”in dayanıqlı inkişaf prinsipləri çərçivəsində həyata keçirdiyi layihələrdəndir.

Şirkət, ölkə daxilində və beynəlxalq miqyasda ekoloji layihələrə dəstək olaraq təbiətin qorunmasına və gələcək nəsillərin sağlam mühitdə yaşamasına yardım edir.

Eyni zamanda istehsal sahələrində ətraf mühitin qorunması, tullantıların azaldılması və enerji səmərəliliyinin artırılması istiqamətində də mütəmadi olaraq addımlar atır.



Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar