Ru
21:40 / 13 Noyabr 2024

Azərbaycanlı jurnalist Londonda dəfn olundu - FOTO

 Azərbaycanlı jurnalist Londonda dəfn olundu - FOTO
Eye

Tanınmış jurnalist, şair, tərcüməçi Zülfüqar Rüfətoğlu Londonda müsəlmanların dəfn olunduğu "Firdaus bağçası" adlı qəbiristanlıqda torpağa tapşırılıb.

Bakupost.az APA-ya istinadən xəbər verir ki, dəfn mərasimində Z.Rüfətoğlunun dostları və ailə üzvləri iştirak ediblər.

Qeyd edək ki, o, noyabrın 9-u Londonda qaraciyər xərçəngi səbəbilə müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Xatırladaq ki, Zülfüqar Rüfət oğlu Əhmədzadə 1958-ci ildə Bakıda anadan olub. "Şirbalanın məhəbbəti" filminin ssenari müəllifi, "Səhər" qəzetinin təsisçilərindən biri, "Mavigözlü ögey ana" kitabının müəllifi, “Qızıl qələm” mükafatı laureatıdır. Uzun illər "BBC Azərbaycan" xidmətində fəaliyyət göstərib.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar