Hansı bank etibarlıdır? - SORĞU
Ru
23:08 / 19 Oktyabr 2024

“Aztelekom”un rəhbəri işdən çıxarıldı - Yeni təyinat

883

“Aztelekom”a yeni rəhbər təyin edilib.

Bakupost.az xəbər verir ki, bundan sonra quruma Həsən Ömərov rəhbərlik edəcək.

Bununla bağlı bildirilir ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin həyata keçirdiyi “Onlayn Azərbaycan” meqa-layihəsi artıq son mərhələsinə çatır.

“Aztelekom” ölkənin rəqəmsal infrastrukturunun inkişafına yönəldilmiş bu vacib təşəbbüsün əsas operatorlarından biri kimi çıxış edir. Görünür, bu layihədə Həsən Ömərov fərqləndiyinə görə onu qurumun rəhbəri təyin ediblər.

Qeyd edək ki, son günlər mediada və sosial şəbəkələrdə “Aztelekom” əlehinə kəskin yazılar yayılır. İnternet xidmətinin bərbad durumu, yeni cərimələrin tətbiq edilməsi tənqid olunur.

Elnur
Baku Post

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar