Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin (AzTV) Bədii rəhbəri Ranar Musayev işindən ayrılıb.
Bakupost.az -ın əldə etdiyi məlumata görə, o öz ərizəsi ilə işdən çıxıb.
Məsələni AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nərgiz Rəfiyeva Bakupost.az -a təsdiqləyib.
O bildirib ki, R. Musayev əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar işdən ayrılıb.
“Onun yerinə hələlik təyinat yoxdur”, - deyə əlavə edib.
Qeyd edək ki, Rövşən Məmmədov AzTV-yə rəhbər təyin olunan kimi Əməkdar incəsənət xadimi Etibar Babayevi çıxarıb, yerinə R. Musayevi təyin etməsi ciddi narazılıqla qarşılanmışdı.
Aşağıda təqdim etdiyimiz video yayılandan sonra bu tənqidlər daha da “alovlanmışdı”:
E.Mirzəyev
BakuPost